• Cümə axşamı, 3 Dekabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Ermənilər Tərtərin kəndini atəşə tutdu - VİDEO

MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Kazus.az-ın məlumatına görə, ​​bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib.