• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Ermənistanda yol qəzasında 2 hərbçi öldü, 4 hərbçi yaralandı

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Kazus.az-ın “shamshyan.com” saytına istinadən verdiyi xəbərə görə, yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Sürücünün avtomobili içkili halda idarə etdiyi məlum olub. Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan hadisə yerindən qaçmağa müvəffəq olsa da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib. 

Faktla bağlı cinayət işi başlanıb.