• Çərşənbə axşamı, 19 Yanvar, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi açıldı

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Kazus.az-a verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.

M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

İsmayıllı RPŞ-də də M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.