• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ CAVAB

Qubadlının Məmər kəndi - VİDEO

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Kazus.az-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".