• Çərşənbə axşamı, 15 İyun, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Mourinyonun yeni komandası məlum oldu

Azərbaycan əhalisinin sayı açıqlandı

İtaliyanın "Roma" futbol komandasına növbəti mövsümdən Joze Mourinyo rəhbərlik edəcək.

Kazus.az-ın məlumatına görə, bu barədə klubun rəsmi açıqlamasında bildirilir.

Paytaxt təmsilçisi portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalayıb. O, bu vəzifədə mövsümün sonunda komanda ilə vidalaşacaq həmyerlisi Paulu Fonsekanı əvəzləyəcək.

Qeyd edək ki, son iş yeri İngiltərə "Tottenhem"i olan Joze Mourinyo aprelin 19-da istefaya göndərilib. O, bu komanda ilə yanaşı, ölkəsində "Portu", İtaliyada "İnter", İspaniyada "Real Madrid", İngiltərədə "Çelsi" və "Mançester Yunayted"in də baş məşqçisi olub.