• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Şəhid polkovnik-leytenant dəfn edildi - VİDEO

Qubadlının Məmər kəndi - VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Kazus.az-ın xəbərinə görə, Y.Sadıqov Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və generalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağını onun oğlu Xanış Sadıqova təqdim edib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!