• Cümə axşamı, 5 Avqust, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Şəhid Yaşar Bababyevin anası: “Gözlərim ağlamaqdan kor olub” - VİDEO

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

"Bir ildir oğlumun yolunu gözləyirəm".

Kazus.az xəbər verir ki, bunu Tovuz döyüşlərində şəhid olmuş gizir Yaşar Babayevin anası Firəngiz Babayeva deyib.

“Bu gün oğlumla bağlı danışmaq mənim üçün çox ağırdır. Günüm qəbiristanlıqda keçir. Yaşar hər gün 04:15-də evdən çıxıb işə gedirdi. Mən də bir il ərzində hər gün eyni saatda qalxıram. Hələ də yeganə oğlumun şəhid olmasına inanmıram, onun yolunu gözləyirəm. Elə bilirəm ki, hər axşam işdən evə gələcək, qapını açıb içəri girəcək. Ağlamaqdan gözlərim artıq kor olub, yaxşı görmürəm”, - şəhid anası bildirib.

Qeyd edək ki, Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən şəhid olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən iki gün sonra - iyulun 16-da qızı dünyaya gəlib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.