• Şənbə, 28 Noyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Şuşada qəhrəmancasına şəhid olan kəşfiyyatçı - VİDEO

Donbasdakı son durum AÇIQLAMA

İşğal edilmiş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşda Azərbaycan Ordusunun əsgər və hərbi qulluqçuları canından keçdi. Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən igidlərimiz qanlı döyüşlərdə böyük hünər və rəşadət göstəriblər.

Kazus.az xəbər verir ki, gəlin, Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tanıyaq!

Şəhidlik - Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir. Şəhidlər xalqın azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

Vətən üçün canından keçən igidlərimizdən biri də kəşfiyatçı MAXE Asif Nəsir oğlu Mədətovdur. O, 1988-ci ilin iyun ayının 1-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1995-ci ildə həmin kəndin Rövşən Əkbərov adına ümumi orta məktəbinə birinci sinfə gedib və 2006-cı ilə oranı bitirib. Vətənpərvər ruhda böyüyən Asif 2006-cı ilin iyul ayında hərbi xidmətə yollanıb. 2008-ci ildə hərbi xidməti başa vurub və ehtiyata buraxılıb.

2015-ci ildə Asif Mədətov yenidən hərbi xidmətə başlayıb. O, N saylı hərbi hissənin kəşfiyat dəstəsinin üçüncü kəşfiyyat qrupunun plemyotçu vəzifəsində xidmətini davam etdirib. Asif üç il sonra - 2018-ci ildən xidmətini Qazax rayonunda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə davam etdirib.

Sentyabr ayının 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayan zaman Asif Mədətov da döyüşlərə qoşulub. Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Ermənilərin bir neçə canlı qüvvəsini məhv edib. O, Şuşa işğaldan azad edilən gün – noyabrın 8-də qəhrəmancasına şəhid olub. Noyabrın 12-də doğulub boya-başa çatdığı Kolxəlfəli kəndində dəfn edilib. Komandirləri, hərbçi yoldaşları onunla bağlı xatirələrini bölüşən zaman Asifin düşmən qarşısında igidliyindən danışıblar.

Ailəli idi, 2 övladı var. Allah rəhmət eləsin!