• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Kazus.az-ın xəbərinə görə, bunu o, feysbuk səhifəsində yazıb.

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam", - N.Məmmədli bildirib.