• Çərşənbə axşamı, 22 Sentyabr, 2020
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Tоfiq Yaqublunun cinayət işində adı keçən şəxs barəsində yayılan ittihamlara cavab verdi - VİDEO

Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.

Kazus.az-ın xəbərinə görə, o bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib.

O, yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. Sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri ictimaiyyətə təhrif olunmuş şəkildə təqdim olunub.

O qeyd edib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.