• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO

Qubadlının Məmər kəndi - VİDEO

Türkiyə ağırlıqqaldıranı Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.

Kazus.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. Əvvəlki rekord isə 159 kq olub.

İsmayılov təkanla qaldırmada 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Daniyar İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. O, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.