• Şənbə, 17 Aprel, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

“Jurnalist” ləqəbli döyüşçü Şuşa xatirələrini paylaşdı: "XTQ bizi Şuşadan yola salır" - VİDEO

Qubadlının Məmər kəndi - VİDEO

Sosial şəbəkələrdə Şuşa şəhərinin işğaldan azad ediləndən sonra yeni videgörüntüləri yayılıb.

Kazus.az xəbər verir ki, bu barədə videogörüntünü Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əziz paylaşıb.

Qazimiz videogörüntüləri noyabrın 10-da çəkib.

“Şuşa xatirələri 10 noyabr. "052" bizi "Pickup"la Şuşadan yola salır. Yolda bizim uşaqlar "filankəs sağdır?" deyə soruşurlar”, - Daşqın Əziz paylaşımında qeyd edib.

Xatırladaq ki, “Jurnalist” ləqəbli döyüşçü Daşqın Əziz Vətən müharibəsi başlayandan 2 gün sonra, ayın 29-u ordu sıralarına qoşulub. Daşaltı kəndinin düşməndən azad edilməsində iştirak edib. O, Şuşadan Xankəndinə gedən yolun nəzarətə götürülməsi uğrunda döyüşlərdə yaralı əsgərləri xilas edərkən özü də yaralanıb.