• Şənbə, 8 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradıldı

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Ermənistanın cənubundakı Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsində (Zəngəzur - red.)102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb.

Kazus.az xəbər verir ki, bu barədə müvəqqəti Baş nazir Nikol Paşinyan parlament iclasında çıxış edərkən məlumat verib.

“Sünik bölgəsində 102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb. Bu, yalnız Sünik bölgəsinin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir”,- deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində dayaq nöqtəsi yaratmaq imkanlarını müzakirə etdiklərini açıqlamışdı. O, həmçinin Ermənistan-Rusiya hərbi ittifaqının Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsinin əsasını təşkil etdiyini qeyd etmişdi.